17 Noyabr 2021 12:05
1 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Rusiya ilə birlikdə Xəzər dənizində 2 yeni neft yatağından istifadə edəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, söhbət Qazaxıstan sektorundakı “Kalamkas dəniz” və "Xəzər" neft yataqlarının istismarından gedir.

“Kalamkas dəniz”də 159 milyon ton neft ehtiyatının olduğu təxmin edilir.

Qazaxıstanın neft-qaz şirkəti “KazMunayQaz” tərəfindən verilən açıqlamaya görə, şirkət sözügedən neft ehtiyatlarını birgə işlətmək üçün Rusiyanın ikinci ən böyük neft istehsalçısı olan “Lukoil”la razılığa gəlib.

Xəzər dənizindəki “Kalamkas dəniz” və "Xəzər" neft yataqlarında əməkdaşlıq sazişi “KazMunayQaz”ın prezidenti Alik Aydarbayev və “Lukoyl”un prezidenti Vahid Ələkbərov arasında imzalanıb.

Qazaxıstanın neft-qaz sektorunda mühüm yer tutan “NCOC N.V” və “Shell” kimi şirkətlər bahalı olduğuna görə layihədən imtina ediblər.


Müəllif: Yeganə Oqtayqızı