19 Noyabr 2021 09:05
2 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən böyük kriptovalyuta fond bazarından bir “Binance”ni qurucusu və baş direktoru Cangpeng Zhao sərvətinin 99 faizini bağışlamaq istəyir.

Teleqraf.com xəbər verir ki, milyarder Rokfellerlər ailəsindən bəri bir çox sahibkarların etdiyi kimi, sərvətinin böyük hissəsini bölüşdürmək qərarına gəldiyini açıqlayıb.

O, iqtisadi cəhətdən müstəqil olduğunu və çox pula ehtiyac duymadığını bildirib: “Məqsədim sərvətimin 90, 95 və ya 99 faizini verməkdir”.

“Binance” səhmlərinin əksəriyyətinə sahib olan Cangpeng Zhaonun 2 milyard dollar sərvətinin olduğu təxmin edilir. “Binance”in təxmini dəyərinin 300 milyard dollar olduğu ehtimal olunurr. Bu o deməkdir ki, milyarderin sərvəti 200 milyard dollardan çox ola bilər.


Müəllif: Yeganə Oqtayqızı