Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib.
Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0, 78435 manat səviyyəsində müəyyən olunub.
ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi
3 noyabr
0,7844
10 noyabr
-
4 noyabr
0,7844
11 noyabr
0,7844
5 noyabr
0,7844
12 noyabr
0,7844
6 noyabr
0,7844
13 noyabr
0,7843
7 noyabr
0,7844
14 noyabr
0,7843
Həftə ərzində orta
0,7844
Həftə ərzində orta
0,78435
Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməyib. Bununla da orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7829 manat səviyyəsində müəyyən olunub.
Həftə ərzində BEST-də valyutalaşdırma ilə sövdələşmələr noyabrın 12-si 12,246 milyon dollar, 14-də isə 0,280 milyon dollar həcmində həyata keçirilib. Noyabrın 10, 11 və 13-də sövdələşmələr aparılmayıb.
ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi
3 noyabr
0,7829
10 noyabr
-
4 noyabr
0,7829
11 noyabr
0,7829
5 noyabr
0,7829
12 noyabr
0,7829
6 noyabr
0,7829
13 noyabr
0,7829
7 noyabr
0,7829
14 noyabr
0,7829
Həftə ərzində orta
0,7829
Həftə ərzində orta
0,7829
USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.