24 Noyabr 2021 22:27
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın "Lukoil" şirkəti Xəzərin yerləşən V. Qrayfer adına yatağı 2022-ci ilin sonunda işə salmağa planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu şirkətin vitse-prezidenti Pavel Jdanov deyib.

Məlumata görə, yataqda hasilatın layihə səviyyəsinin ildə 1,2 mln. ton neft olacağı gözlənilir.

Qeyd olunur ki, "Lukoil" 1995-ci ildən Şimali Xəzərdə kəşfiyyat, 1999-cu ildən isə dərin qazma işlərini aparır. Şirkətin lisenziya sahələrində 26 axtarış-qiymətləndirmə quyusu qazılıb. Ümumilikdə, "Lukoil" Xəzər dənizində 10 yataq kəşf edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər