25 Noyabr 2021 15:32
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşkilatçılığı ilə Xaçmaz şəhərində sahibkarlarla görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, maarifləndirmə məqsədi ilə təşkil olunan görüşdə sahibkarların ixrac zamanı qarşılaşdıqları məsələlər və onların həlli yollarına dair fikir mübadiləsi aparılıb.

İqtisadiyyat Nazirliyinin və tabeliyindəki qurumların nümayəndələrinin iştirak etdiyi görüşdə mənşə sertifikatlarının verilməsi zamanı yaranan çətinliklərlə əlaqədar Dövlət Xidmətinə daxil olan müraciətlər müzakirə edilib. Məlum olub ki, sahibkarlar tərəfindən qaldırılan əksər məsələlər malın mənşəyinin təyin edilməsi üçün tələb olunan sənədlərin tam təqdim olunmaması, ixracatçıların mal istehsalçısı olmadığı təqdirdə elektron alış aktlarının və ya elektron qaimələrin təqdim və ya düzgün tərtib etməməsi ilə əlaqədardır. Bu cür anlaşılmazlıqların aradan qaldırılması istiqamətində sahibkarlara müxtəlif təlimatlar verilib və onların sualları cavablandırılıb.

Sahibkarları maraqlandıran sualların yerində və ətraflı cavablandırılmasını təmin etmək məqsədilə Dövlət Xidməti tərfindən bu cür görüşlərin mütəmadi olaraq təşkil olunması nəzərdə tutulur.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər