4 Dekabr 2021 00:15
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") dekabrın 6-dan Azərbaycanın daha 12 müəssisəsinə pomidor və alma tədarükünə icazə verib.

Teleqraf.com xəbər verir ki, bu barədə agentliyin saytında məlumat verilib.

Məlumata görə, “Rosselxoznadzor" dekabrın 6-dan 7-si pomidor, 5-i isə alma istehsal edən 12 müəssisədən pomidor və alma idxal edəcək.

Qeyd edək ki, "Rosselxoznadzor" ötən il dekabrın 10-dan Azərbaycandan alma və pomidorun tədarükünə müvəqqəti məhdudiyyətlər qoyub. Xidmət xatırladır ki, onlarda Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu aşkarlanıb.


Müəllif: Teleqraf.com