4 Dekabr 2021 18:21
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskın bir gündə 15 milyard dollardan çox vəsait itirib.

Teleqraf.com xəbər verir ki, buna səbəb Maska məxsus “Tesla” şirkətinin səhmlərinin ucuzlaşması olub.

Dekabrın 3-də ticarətin bağlanışına olan məlumata görə, İlon Maskın sərvəti 15,2 milyard dollar azalıb. Bundan sonra onun ümumi sərvəti 268,9 milyard dollara düşüb.

Buna baxmayaraq, “Bloomberg” Milyarderlər İndeksinin məlumatına görə, Maskın sərvəti bu il 72 faiz artıb.

Şirkətin səhmləri isə Maskın tviter istifadəçilərinə “Tesla” şirkəti ilə bağlı sual verməsindən sonra ucuzlaşıb. Belə ki, noyabrın 6-da Mask istifadəçilərə “Tesla”dakı hissələrinin 10%-ə çatan payını satıb-satmaması ilə bağlı anket sorğu ünvanlayıb. Bundan sonra milyarder 10.9 milyard dollarlıq satış etmiş olub.

Mask vergi öhdəliklərini yerinə yetirmək üçün Tesla səhmlərini satmağa davam edir. O, “Tesla Inc”ın daha 1,01 milyard dollarlıq səhmlərin satıb. Bu onun elektrikli avtomobil istehsalçısındakı payının 10 faizini satmaq məqsədinə daha da yaxınlaşdırıb.

Bu satışlardan əldə edilən gəlir Maska 2,1 milyon opsion tətbiqindən yaranan vergi öhdəliyini yerinə yetirməyə kömək edir.


Müəllif: Yeganə Oqtayqızı