9 Dekabr 2021 10:52
1 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ƏDV geri al" layihəsi işə salınarkən, dövlətin bir məqsədi olub: Ödənişlərin rəsmiləşdirilməsinə nail olmaq, vergidən yayınma hallarının azaldılması işlərini sürətləndirmək və bu məsələdə sadə vətəndaşlarda maraq yaratmaqla onlardan dəstək almaq.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.

O bildirib ki, reallıq bunun düzgün və ağıllı qərar olduğunu göstərir: "Layihə məqsədə çatmaqda ciddi effekt verdi. Hətta əhaliyə geri dönüş gözləniləndən artıq oldu. 2021-ci ilin birinci rübünün sonuna qədər "ƏDV geri al" layihəsi çərçivəsində insanlara 60,2 milyon manat pul qaytarıldı. Bu zaman nəğd və nəğdsiz ödənişlərə 10% və 15% fərqlərinin tətbiq edilməsi ilə, hətta onlayn ödənişləri artırmaq cəhdi də uğurlu alındı.

Beləcə hər bir layihənin öz icra və tamamlanma müddəti var. Bir gün "ƏDV geri al" layihəsi də bitəcək. Amma hələ ki, şəraitə uyğun olaraq şərtlər və qaydalar dəyişilməklə layihə davam edir.

Burada ana məqsəd daha az vəsait sərf etməklə ödənişlərin leqallaşdırılmasına, nəğdsizləşdirilməsinə və vergidən yayınmaların qarşısının alınmasına nail olmaqdır. Bu, ağıllı strategiyadır. Çünki insanları idarə etməyin ən rahat yolu onların maraqlarının idarə edilməsidir. Bu layihə isə tam bu prinsip üzərində qurulub və uğurlu alınıb".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər