10 Dekabr 2021 14:53
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəriqaz” İstehsalat Birliyi “Azərkontrak” ASC-yə olan borcu ödəməyə məcburdur. Amma biz bu topdansatış təşkilatına olan borcları gecikmələrlə ödəyirik.

Bunu Teleqraf.com-un sualını cavablayarkən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktor Ruslan Əliyev deyib.

Baş direktor bildirib ki, “Azəriqaz” İB-nin digər xərcləri üçün əlavə məbləğlər ayrılır: “Yeni razılaşmaya əsasən, SOCAR “Azəriqaz” İB sayğac dəyişmələri də həyata keçirir. Məsələn, planlaşdırmışdıq ki, 2021-ci ildə 600 min sayğacın əvəzlənməsini həyata keçirək. Amma biz bunun 100 minini edə bilmədik. Həmçinin təmir-tikinti planlarında icranı 100 faiz yerinə yetirə bilmirik. Burada da təxminən 10-12 faiz geriləmə baş verir. Çünki məcbur olub həmin vəsaitləri qazın maya dəyərini ödəməyə yönəldirik”.

Ruslan Əliyev onu da qeyd edib ki, “Azəriqaz” İB-də 2021-ci ilin sentyabr ayından 2022-ci ilin planı təsdiq olunub: “Plana növbəti ildə nə qədər qaz satışı həyata keçirəcəyimiz, nə qədər gəlir əldə edəcəyimiz və bu gəlirdən nə qədər əmək haqqı və digər xərclər ödəyəcəyimiz, həmçinin nə qədər kapital qoyuluşu və yeni qazlaşma həyata keçirəcəyimiz daxildir. Elan etmişdik ki, 110 yaşayış massivinin qazlaşmasın həyata keçirək.

“Azəristilik” ASC kimi təşkilatlar bizim vəsaiti ödəmədikdə yeni qazlaşma, sayğac əvəzləmə kimi işlərdə məcburiyyətdən geriləmə baş verir. Çünki qazın maya dəyərini ödəməyi biz özümüzə borc bilirik.

“Azərkontrak” topdansatış edən bir təşkilatdır. Bu qurum qazın müəyyən hissəsini SOCAR-dan, digər hissəsini isə SOCAR-a aid olmayan başqa müəssisə və şirkətlərdən alır. Bu təşkilat da aylıq olaraq 100 faiz qazın dəyərini ödəməlidir”.


Müəllif: Yeganə Oqtayqızı