10 Dekabr 2021 23:55
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov"Twitter" hesabında yazıb.

Nazir, Palatanın qarşılıqlı əməkdaşlığın genişlənməsi üçün əlverişli platforma olduğunu qeyd edib.

"Birgə təşəbbüslərimiz ölkələrimiz arasında enerji, rəqəmsallaşma, innovasiya, İKT, kənd təsərrüfatı, turizm və s. sahələrdə tərəfdaşlıq üçün faydalıdır",- M. Cabbarov əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər