Türkiyə-Suriya sərhədində neft yatağı aşkar edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin milli neft şirkəti TPAO-nun “Twitter” səhifəsində dərc olunan məlumatda deyilir.
"Türkiyə-Suriya sərhədində yeni yataq aşkarlanıb. Mardin vilayətinin Nuseybin rayonundan 32 km şərqdə yerləşən Günyurdu-1 quyusunda kəşfiyyat işləri apararkən sıxlığı API cədvəli ilə 11,8 olan ağır neft yatağı aşkar etdik", - deyə məlumatda vurğulanır.