17 Dekabr 2021 21:14
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yanvarın 1-dən etibarən həm minimum əməkhaqqı, həm də digər kateqoriyalarda, xüsusən də dövlət büdcəsindən maliyyələşən işçilərin əmək haqlarında artımlar müşahidə edəcəyik”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.

O bildirib ki, növbəti aydan etibarən elan edilən sosial paket icra olunmağa başlayacaq: “Minimum əmək haqqının artırılması olduqca vacibdir. Xüsusən də sosial baxımdan həssas hesab edilən vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi baxımından əhəmiyyətlidir. Söhbət 800 mindən artıq vətəndaşımızı əhatə edəcək qərardan gedir. Minimum əmək haqqındakı artım növbəti illərdə də davam etdiriləcək”.

Vüqar Bayramovun sözlərinə görə, 2018-ci illə müqayisədə minimum əməkhaqqı iki dəfədən çox artıb: “Ona görə də növbəti illərdə də minimum əməkhaqqı məbləğinin artırılması prioritetdir. Bütövlükdə əməkhaqqı artımlarının həyata keçirilməsi sosial paketə uyğun olaraq vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsi məqsədi daşıyır. Sosial paket 2 milyondan artıq vətəndaşı əhatə edəcək.

Gözlənilir ki, növbəti il yalnız sosial paketin maliyyələşməsi üçün 1.4 milyon manat vəsait ayrılacaq. Bütövlükdə isə 2022-ci ilin dövlət büdcəsinin xərclərinin 46.4 faizi birbaşa sosial istiqamətə yönəldiləcək. Bu isə ondan xəbər verir ki, 2022-ci il sosial təminatın gücləndirilməsi baxımından fərqlənən illərdən olacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər