24 Dekabr 2021 19:29
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şri-Lanka 251 milyon dollar neft borcunu ödəmək üçün hər ay İrana 5 milyon dollar dəyərində Seylon çayı göndərəcək.

Teleqraf.com xəbər verir ki, İran mətbuatında yer alan xəbərə görə, Tehran hökuməti bu təklifi qəbul edib.

İran Ticarətə Dəstək Təşkilatının prezidenti Əlirıza Peymanpak bildirib ki, son danışıqlarda Şri-Lankada istehsal olunan çayın aylıq daşınması yolu ilə İrana olan borc və faizləri ödəmək üçün yazılı razılığa gəlinib.

Şri-Lankanın naziri Pathirana qeyd edib ki, razılaşma İrana qarşı beynəlxalq sanksiyaları pozmayacaq və çay kimi qida məhsulları sanksiyalar çərçivəsində deyil.

Qeyd edək ki, Şri-Lankanın Kənd Təsərrüfatı Sənayesi naziri Rameş Pathirana daha əvvəl 251 milyon dollar borcu ödəmək üçün İrana hər ay 5 milyon dollar dəyərində Seylon çayı göndərməyi planlaşdırdıqlarını açıqlamışdı.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər