“Brent” markalı neft aşağı ticarət aktivliyi fonunda artımını bərpa edib.
Teleqraf.com xəbər verir ki, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,18% bahalaşaraq 79,37 ABŞ dolları olub.
Buna qədər WTI markalı neftin fevral fyuçersləri Nyu-York əmtəə birjasında (NYMEX) 0,99% bahalaşaraq 77,32 ABŞ dolları idi.