4 Yanvar 2022 00:42
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Apple”in səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır.

Teleqraf.com xəbər verir ki, bunu hərrac məlumatı əks etdirir.

Bakı vaxtı ilə saat 22:46-a olan məlumata görə, “Apple” səhmlərinin qiyməti 2,92 % artaraq bir səhm üçün 182,73 ABŞ dolları təşkil edib. Bu rəqəm bir neçə dəqiqə əvvəl 182,88 dollara çatmışdı. Beləliklə, şirkətin kapitallaşması 3 trilyon ABŞ dollarını keçib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər