Avropadakı yeraltı anbarlardakı təbii qazın 55,6 faizindən istifadə edilib.
Teleqraf.com xəbər verir ki, Rusiyanın “Qazprom” enerji şirkəti Avropada anbarlarda qazın sürətlə azaldığı açıqlayıb.
“Avropa Qaz İnfrastrukturu”nun məlumatlarına görə, Avropadakı yeraltı anbarlardakı təbii qazın 55,6%-nə qarşılıq gələn 26,6 milyard kubmetr təbii qaz indidən istifadə olunub.
Epidemiyaya qarşı görülən tədbirlərin yumşaldılması və hava şəraiti ilə əlaqədar artan təbii qaz tələbatının ödənilə bilməməsi Avropada qiymətlərin ötən ildən rekord həddə çatmasına səbəb olub.