İqlim dəyişikliyinə qarşı mübarizə günü-gündən qloballaşır. Bu, dünya ictimaiyyətini narahat edən ən vacib məsələdir. Atmosferə atılan zərərli tullantıların həcminin artmasının azaldılması və yaşıl enerji ilə əvəz edilməsi dünya gündəliyinin prioritetidir. Atom elektrik stansiyaların fəaliyyətlərin azaldılması, kömür və qazla işləyən eləktrik stansiyaları yaşıl enerji mənbələri ilə əvəz edilməsi istiqamətində dünya ölkələri müəyyən planlar qurur.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal çağırışlara cavab verən addımlar atılır:
“Məhz bu təşəbbüslərə qoşularaq Azərbaycan 2030-cu ilə qədər istehsal ediləcək elektrik enerjisinin 30%-ni bərpaolunan enerji ilə əvəz edilməsini planlaşdırıb. Prezident İlham Əliyev azad edilmiş əraziləri yaşıl enerji zonası elan edib. Məhz qısa zaman kəsiyində həmin ərazilərdə ermənilər tərəfindən dağıdılmış su elektrik stansiyaları bərpa edilir. İşğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji stansiyalarının yaradılması istiqamətində işlərin görülməsinə başlanıb. Təbii ki, yaşıl enerjinin ümumi enerji sektorunda payının artırılması istiqamətində atlan addımlar qlobal çağırışlara mühüm töhfədir”.
Millət vəkili hesab edir ki, yanvarın 13-də Səhudiyyə Ərəbistan Krallığınıln “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməli qoyulması mühüm önəm kəsb edir: “Bu layihə Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfədir. Layihə həmçinin ölkə iqtisadiyyatına 300 milyon dollar xarici investisiya deməkdir. Bu həmçinin 220 milyon kubmetr qaza qənaet və atmosferə atılacaq 400 min ton karbon qazının atmosferə atılmasını azaldacaq. Xızı-Abşeron Külək Elektrik Stansiyasında istehsal olunacaq elektrik enerjisi 300 min ev elektriklə təmin ediləcək. Azərbaycanın enerji sektoruna əlavə 240 meqavatlıq gücünün əlavə olunması elektrik ixracının artmasına töhfə verəcək. Azərbaycanın qonşu ölkələri ilə elektrik nəql etmə xətləri mövcuddur”.
Azər Badamova görə, elektrik enerjisinin generasiya gücümüzün artması gələcəkdə ixrac xətlərimizin genişləndirilməsini gündəmə gətirəcək: “Çünki, işğaldan azad olunmuş ərazilərimizdə 10 min meqavat bərpaolunan elektrik enerjisi istehsal etmək mümkündür. İşğaldan azad olunmuş ərazilərdə də bərpaolunan enerji mənbələrinin yaradılması istiqamətində geniş işlər görülür. Hazırda Xəzər dənizində də bərpaolunan enerji stansiyaların inşası istiqamətində işlərin aparıldığını nəzərə alsaq, Azərbaycan regionda elektrik enerjisinin ixracında böyük ixracatçıya çeviriləcək. Bu da Azərbaycan iqtisadiyyatının daha da möhkəmlənməsinə və dinamik inkişafına öz töhfəsini verəcək”.