21 Yanvar 2022 21:26
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan ərzaq təhlükəsizliyi və ərzaq təminatının formalaşmasına xüsusi önəm verən ölkələrdəndir. Ərzaq təhlükəsizliyi ərzaq məhsullarına olan tələbin yerli istehsal hesabına ödənilməsi, xüsusi yığımların formalaşdırılması anlamına gəlir. Bu istiqamətdə də Azərbaycan Prezidentinin tapşırıqları əsasında hökumət tərəfindən artıq xüsusi strategiya hazırlanıb icra olunur".

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

İqtisadçı bildirib ki, 2022-2026-cı illəri əhatə edən yeni strategiyada ərzaq təhlükəsizliyinin formalaşması, yerli istehsalın artırılması əsas proitetlər sırasındadır: "Bu baxımdan ərzaq təhlükəsizliyi və təminatı xüsusən də pandemiya dövründə daha da aktuallaşır. 2021-ci ildə dünya bazarında ərzaq məhsullarının qiyməti təxminən 38% yüksəlib. Bu, son 10 ildə ən yüksək qiymət artımı kimi xarakterizə olunur.

Digər tərəfdən isə, dünya bazarlarında ərzaq məhsullarına tələb artıb. Təklifin azalması fonunda tələbin artması nəticədə qiymətin artmasına təsir göstərir. Bu da təbii olaraq qlobal ərzaq təminatı və təhlükəsizliyi məsələsini daha da günündəmə gətirib".

Analitik qeyd edib ki, həm qlobal trendlər, həm də dünya bazarında təklifin azalmasını nəzərə alaraq Azərbaycan da daha çox yerli istehsal hesabına ərzaq təhlükəsizliyinin formalaşdırmasını proitetləşdirib: "İşğaldan azad olunmuş ərazilərin torpaq fondu və xüsusən də həmin torpaqların məhsuldar olması, nəticədə ərzaq təhlükəsizliyinin fomalaşmasına imkan verir. Bu, eyni zamanda həmin ərazilərdə yeni istehsalın, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi hesabına yerli istehsalın intensiv şəkildə artımına nail olmağa şərait yaradır.

Qiymətləndirmələr göstərir ki, həmin ərazilərdə bərpa və yenidənqurmadan sonra əkinçiliyin bərpa edilməsi illik olaraq 1 milyard manatlıq kənd təsərrüfatı məhsullarının istehsalına gətirib çıxara bilər. Bu da təbii ki, ərzaq təhlükəsizliuyinin formalaşması baxımdan vacib istiqamətlərdəndir. Növbəti illərdə də ərzaq təhlükəsizliyinin formalaşması Azərbaycan üçün proitetliyini qoruyub saxlayacaq. Biz daha çox tələbin yerli istehsal hesabına ödənilməsini müşahidə edəcəyik. Bu da idxaldan asılılığın aradan qaldırılması baxımından vacib hesab olunur".


Müəllif: Yeganə Oqtayqızı