"Bu il Azərbaycanda illik inflyasiyanın hədəf diapozonundan (2-6%) yuxarı - 6,6-7,5% təşkil edəcəyi gözlənilir".
Teleqraf.com xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.
"Gələn il isə illik inflyasiyanın hədəf diapozonuna yaxın olacağını proqnozlaşdırırıq", - deyə qeyd edib.
Xatırladaq ki, ötən il ölkədə qiymətlər orta hesabla 6,7% artıb.