2 Fevral 2022 13:41
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın texnologiya nəhəngi “Google”un ana şirkəti “Alphabet”in gəliri keçən ilin son rübündə bazar gözləntilərini aşaraq illik 32 faiz artaraq 75,3 milyard dollara çatıb.

Teleqraf.com şirkətin hesabatına istinadən xəbər verir ki, “Alphabet” 2020-ci ilin oktyabr-dekabr aylarında 56,9 milyard dollar gəlir əldə edib.

Sözügedən dövrdə şirkətin gəliri ilə bağlı bazar gözləntiləri 72 milyard dollar proqnozlaşdırılırdı.

“Alphabet”in gəliri 2021-ci ildə 2020-ci ilə nisbətən 41 faiz artaraq 257,6 milyard dollara çatıb. Şirkətin xalis mənfəəti isə ötən ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 36 faiz artaraq 20,6 milyard dollara çatıb.

Bu xəbərdən sonra “Google”un səhmlərinin 8 faiz artacağı gözlənilir.

Hesabatda “Google”un reklam gəlirlərinin ildən-ilə artdığına dair məlumata da yer verilib. “Google”un reklamlardan əldə etdiyi gəlir ötən ilin son rübündə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 61,2 milyard dollar olub. “Google” 2020-ci ilin son rübündə reklamdan 46,2 milyard dollar gəlir əldə edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər