2021-ci ildə Azərbaycanın emal sənayesində bir çox məhsulların istehsalının artım tempi sürətlənib.
Teleqraf.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter hesabında yazıb.
Onun sözlərinə görə, Azərbaycanda sənaye potensialının gücləndirilməsinə yönəlmiş tədbirlər müsbət nəticələr verir.