Fevralın 11-də saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq.
Teleqraf.com-un məlumatına görə, bütün media və QHT mənsublarının üzünə açıq olan bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
Aksiyada cari ilin yanvar ayının yekunlarına dair hesabat təqdim olunacaq.
Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu və QHT nümayəndəsi bu tədbirə dəvətlidir. Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.