Rusiyadan kapital axını 2014-cü ilin oktyabrında maksimal həddə çataraq 28 mlrd dollar təşkil edib.
Teleqraf.com-un “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İqtisadi Nazirliyinin məlumatında bildirilir.
Rusiya Mərkəzi Bankının hesablamalarına görə, Rusiyadan kapital axını 2014-cü ilin yanvarından sentyabradək ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artaraq 85,2 mld dollar təşkil edib.
Mərkəzi Bank Rusiyadan kapital axınının əsas səbəblərinin Ukraynadakı böhranın, habelə Aİ və ABŞ tərəfindən Rusiyaya tətbiq edilən sanksiyaların olduğunu qeyd edib.