23 Fevral 2022 22:12
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada təbii qazın 1 000 kubmetrinin qiyməti 12,7% artaraq yanvar ayının sonundan bəri ilk dəfə 1 000 ABŞ dollarını keçib.

Teleqraf.com xəbər verir ki, Avropanın ən likvid habı olan TTF (Niderland) indeksi üzrə qazın mart fyuçerslərinin qiyməti 1 050 ABŞ dolları səviyyəsinə yüksəlib.

Qeyd edək ki, ABŞ “Şimal axını 2” qaz kəmərinin operatoru olan “Nord Stream 2 AG” şirkətinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. Almaniya kansleri Olaf Şolts Rusiyanın Donetsk və Luqansk “xalq respublikalarının” tanımasından sonra Berlinin “Şimal axını 2” layihəsinin sertifikatlaşdırılmasını dayandırdığını açıqlayıb.

Daha sonra Almaniyanın xarici işlər naziri Annalena Berbok baş verənlərin fonunda “Şimal axını 2” layihəsinin dondurulduğunu bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər