Dünyanın aparıcı və Avropanın “çörək səbəti” kimi tanınan Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əmtəə qiymətlərində artım sürətlənib. Hazırda 6 faizə yaxın bahalaşan buğdanın qiymətləri həftəlik bazda 16,3 faiz, ilin əvvəli ilə müqayisədə isə 21,3 faiz artıb.
Teleqraf.com xəbər verir ki, Rusiyanın Ukraynanı işğal etməyə başladığı 2012-ci ilin avqustundan bəri buğdanın qiyməti 9,34 dollarla ən yüksək səviyyəyə çatıb.
Buğda keçən ili də 20,3 faiz artımla başa vurmuşdu. Buğda qiymətlərinin keçən il artmasına baxmayaraq istehsal təxminlərində azalma, ixracın artması, təchizatla bağlı narahatlıqlar və istehsala təsir edən əlverişsiz hava şəraiti təsirli olub.
Analitiklər vurğulayırlar ki, Rusiya və Ukrayna dünya buğda ixracında mühüm rola malikdir. İki ölkə arasındakı münaqişə buğda tədarükünə mənfi təsir göstərəcək və qiymətlər üzərində yüksələn təzyiq davam edəcək. Bildirilir ki, Afrika və Yaxın Şərqdən bir çox ölkələr Rusiya və Ukraynadan ərzaq idxal edir, böhranın dərinləşməsi ərzağa çıxışı çətinləşdirə bilər.
Analitiklər qeyd ediblər ki, hazırkı vəziyyətdə Ukraynanın taxıl istehsal etməsi çətin görünür, bu o deməkdir ki, qiymətlər də xeyli artacaq və bəzi ölkələr çörəyə çıxışın qarşısını ala bilər.