28 Fevral 2022 09:47
1 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya rublu 40 faiz ucuzlaşıb. Ehtimal olunur ki, Moskva birjası açılanda kurs hətta ən zəif həddə də çata bilər.

Teleqraf.com xəbər verir ki, bu səhər ticarətin başladığı Tokio birjasında rubl əvvəlcə 30%, sonra isə 40% kəskin ucuzlaşıb.

Rusiyanın valyutadəyişmə məntəqələrində bazar günü, fevralın 27-də dolların məzənnəsi 100-190 rubl təşkil edib. Rusiya Federasiyası Mərkəzi Bankının rəsmi məzənnəsi isə bir dollar üçün 83,5 rubl təşkil edir.

Maliyyəçilər istisna etmirlər ki, bu gün hərracların açılışında 1 dollar 300 rubla çata bilər.

Xatırladaq ki, Forex dolları təxminən 113,5 rubla, avro isə 127 rubla satılır. Bu rubl üçün tarixi maksimumdur.


Müəllif: Nemət

Oxşar xəbərlər