1 Mart 2022 17:19
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya neft bazarında Ukraynada artan gərginliyin də təsirilə qiymət artımı davam edir.

Teleqraf.com xəbər verir ki, “Brent” markalı neftin may fyüçersləri 5,2 faiz bahalaşaraq 103,06 dollardan, “WTI” markalı neftin də aprel fyüçersləri 4,19 faiz bahalaşaraq 99,73 dollardan satılıb.

Səhər hərraclarında isə qiymətlər 1 faizədək artmışdı. Hazırda Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı sanksiyaların artması nəticəsində neft tədarükü ilə bağlı şübhələr bazarda əks-səda doğurur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər