2 Mart 2022 14:58
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neftin dünya bazar qiyməti yenidən 7 faiz bahalaşıb. Rusiya Ukrayna müharibəsi fonunda neft bazarında ciddi çaşqınlıq müşahidə olunur. “Brent” markalı neftin bir bareli 112 dollara təklif olunur. Bu, Azərbaycan neftinin 115 dollardan baha satılacağı anlamına gəlir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, gündəlik 12 milyon barel neft hasil edən Rusiya enerji bazarında qiymətlərə təsir edən dövlətlərdəndir: “İnvestorlar genişlənən sanksiyalar fonunda Rusiyanın neft ixracatında dayanmaların olacağından və "qara qızıl" qıtlığının yaranacağından ehtiyatlanırlar. Bu da neftin qiymətinə xüsusi təzyiq yaradır.

Bununla belə, müharibə yalnız qiymətləri artırmır, eyni zamanda neft bazarında "köpüklər" yaradır. Bu "köpüklər" isə hər zaman partlaya bilər. Qiymətlərin kəskin artımı iqtisadi deyil, psixoloji və siyasi faktorlara bağlıdır.

Doğrudur, Rusiyaya qarşı sanksiyalar genişlənsə, neft bazarındakı gərginlik hələ bir müddət müşahidə olunacaq. Neft bazarında uzunmüddətli dayanıqlıqdan və stabillikdən danışmaq hələlik mümkün deyil”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər