3 Mart 2022 12:14
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya fond bazarı bağlı olaraq qalır, rublun dəyəri bir sentdən aşağıdır və Qərb biznesi Rusiyadan qaçır, növbəti Rusiya iqtisadiyyatının defoltu ola bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ bankı “JPMorgan”ın son analitik hesabatında məlumat dərc olunub.

“JPMorgan”ın analitikləri hesab edir ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ölkənin sabit valyutada olan dövlət istiqrazları üzrə defolt ehtimalını əhəmiyyətli dərəcədə artırıb.

Hesabatda deyilir ki, Rusiyanın borcunu ödəmək üçün nağd pula malik olmasına baxmayaraq, Rusiya iqtisadiyyatı üçün gələcək işlər ümidsiz görünür. Axı, Rusiya dövlət qurumlarına qarşı tətbiq edilən sanksiyalar, Rusiya daxilində xarici ödənişlərə məhdudiyyətlərlə bağlı əks tədbirlər, eləcə də ödəniş zəncirlərinin pozulması Rusiyaya xaricdə ödənişlər üçün əsas maneələrdir.

Məsələn, Rusiya Mərkəzi Bankına qarşı sanksiyalar və bəzi Rusiya banklarının SWIFT sistemindən kənarda qalması ölkənin borclarını ödəmək üçün xarici valyutaya çıxış imkanlarına təsir edəcək. Buraya Rusiyanın icazəsiz qalan beynəlxalq ehtiyatları, eləcə də ixracdan əldə edilən gəlirlər daxildir.

Qeyd edək ki, ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Kanada, Yaponiya və digər ölkələr Rusiyanın Ukraynaya müdaxiləsinə görə sərt sanksiyalar və ixrac məhdudiyyətləri tətbiq edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər