9 Mart 2022 12:43
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bolmart” mağazalar şəbəkəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən barələrində qaldırılan işlə bağlı təcili iclas keçirir.

Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq mağazalar şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, hazırda şəbəkənin rəhbər heyəti və hüquq departamenti tərəfindən məsələ müzakirə edilir.

Şöbədən o da qeyd olunub ki, iclasın nəticəsi barədə sabah məlumat veriləcək.

***

11:57

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Promart" MMC (“Bolmart” mağazalar şəbəkəsinin sahibi) barədə iş qaldırıb.

Bu barədə Teleqraf.com-a Dövlət Xidmətindən məlumat verilib.

Bildirilir ki, dünyada baş verən qlobal qiymət artımı fonunda ölkəmizdə də bir sıra ərzaq məhsullarının qiymətində dəyişiklik müşahidə edilir. Bununla əlaqədar Dövlət Xidməti un və çörək bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət məqsədilə araşdırmalara başlayıb, təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib.

Sorğulara əksər təsərrüfat subyektləri tərəfindən vaxtında cavab verilməsinə baxmayaraq, “Promart” MMC heç bir sənəd və məlumat təqdim etməyib. Bununla əlaqədar, antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə şirkət barədə iş qaldırılıb və nəticəsindən asılı olaraq, qanunamüvafiq tədbir görüləcək.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər