Ukraynaya müdaxilənin iki həftəsi ərzində Rusiyaya qarşı sanksiyaların sayı 6 minə çatıb ki, bu da İran və Şimali Koreyadakından çoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, G7 ölkələri də Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində işləyirlər.