14 Mart 2022 17:17
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Teleqraf.com-un məlumatına görə, Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Bərdə rayonunda təşkil olunacaq.

"Azəriqaz" İB-nin rəhbər şəxsləri Bərdə rayonu, H.Əliyev prospekti, YAP Bərdə rayon təşkilatının inzibati binasında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” martın 16-da saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər