“Çin şirkətləri Rusiya Federasiyasına çip tədarük etmək qərarına gəlsələr, ABŞ bu faktı nəzərdən qaçırmayacaq və vəziyyətə müdaxilə edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın ticarət naziri Cina Raimondo bildirib.
Nazir ABŞ-ın Rusiyaya qarşı sanksiya qaydalarını Çin şirkətlərinin indiyədək pozmadığını da vurğulayıb.
ABŞ Departamentinin vəziyyəti diqqətlə izlədiyi bildirilsə də, Çinin məhdudiyyətlərə əməl edib-etməyəcəyi hələlik məlum deyil.
Ekspertlər Pekinin sağlam satış bazarını itirmək istəməsinin çətin olduğunu deyirlər. Rusiyalı ekspertlər də Çinin Rusiyaya kömək edəcəyinə inanırlar.