ABŞ-ın 2023-cü maliyyə büdcəsinə "milyarderlər üçün minimum gəlir vergisi" təklifi də daxil ediləcək.
Teleqraf.com xəbər verir ki, ABŞ Prezidenti Co Bayden ümumi aktivləri 100 milyon dollardan çox olan Amerika ev təsərrüfatları üçün minimum 20% gəlir vergisi təklif etməyi planlaşdırır.
Təklifin ABŞ-da yaşayan 700-dən çox milyarderi hədəf alacağı düşünülür. Bu addımın yaxın 10 ildə xəzinəyə təxminən 360 milyard ABŞ dolları gəlir gətirəcəyi gözlənilir. Qeyd edilir ki, bu məbləğin yarıdan çoxunu sərvəti 1 milyard ABŞ dollarından çox olanlardan yığılan vergilərdən əldə etmək olar. Baydenin təklifini martın 28-də təqdim edəcəyi gözlənilir.
“Bloomberg”in milyarderlər indeksinə görə ABŞ-ın ən zəngin insanları aşağıdakılardır:
“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask – sərvəti 256 milyard dollar;
“Amazon” onlayn alış-veriş portalının sahibi Cef Bezos – sərvəti: 189 milyard dollar;
“Microsoft”un sahibi Bill Qeyts – sərvəti: 133 milyard dollar;
"Berkshire Hathaway" investisiya şirkətinin sahibi Uorren Bafet (Warren Buffet) – sərvəti: 129.8 milyard dollar;
“Google” idarəçisi və qurucu ortağı Lari Peyc – sərvəti: 125.5 milyard dollar;
“Google” korporasiyasının yaradıcısı Sergey Brini – sərvəti: 120.3 milyard dollar;
"Microsoft”un keçmiş rəhbəri Steve Ballmer – sərvəti: 106.1 milyard dollar;
“Oracle” şirkətinin təsisçisi Larri Elison – sərvəti: 102.2 milyard dollar;
“Facebook”un rəhbəri Mark Zukerberq – sərvəti: 84 milyard dollar və digərləridir.