Dünya ictimaiyyətinin diqqəti Rusiya ilə Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlara yönəldiyi halda, prosesin tanınmış simalarından rusiyalı oliqarx Roman Abramoviç İstanbula gəlib.
Teleqraf.com xəbər verir ki, Roman Abramoviçin artıq İstanbulda olduğu bildirilir.
İki tərəf arasında vasitəçi kimi tanınan rusiyalı milyarder Roman Abramoviç və bəzi ukraynalı iştirakçının bu ayın əvvəlində Kiyevdəki danışıqlardan sonra zəhərləndiklərindən şübhələnirlər.
Məlumata görə, Abramoviç bu şübhələr üzündən müalicə üçün İstanbula uçub.