30 Mart 2022 12:47
1 229
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan “Güzəştli mənzil”lər satışa çıxarılıb.

Teleqraf.com xəbər verir ki, MİDA-nın tikib satışa çıxardığı Yasamal yaşayış kompleksinin ikinci mərhələsi başa çatsa da, mənzil almaq istəyən şəxslər prosesin qeyri-şəffaf olduğunu iddia ediblər.

Məlumata görə, 5 saniyədən az müddətə bütün mənzillər elektron qaydada satılıb ki, bu da real görünmür. Sosial şəbəkə istifadəçiləri ciddi narazılıq edərək, prosesdən proqramistlərin və hakerlərin uzaq tutulmasını təklif ediblər.

İştirakçılar qanun pozuntusunu əsas gətirərək, mənzillərin seçim üsulu ilə yox, növbəli sistemə keçməyin məqbul olduğunu düşünür.

Başqa bir sosial şəbəkə istifadəçisi isə iddia edir ki, dünən bir nəfər ondan 2 otaqlı mənzil üçün 6 min manat pul istəyib: “Belə çıxır ki, dövlətdən yox, proqramçılardan ev alırıq?! Kütləvi etirazımızı bildirməliyik, ya da dövlət başçısına müraciət etməliyik”.

Başqa bir şikayətçi də iş yoldaşının prosesə start verilmədən üç həftə əvvəl artıq 3 otaqlı mənzilə sahib olduğunu bildirib.

Məsələ ilə bağlı MİDA-ya müraciət etsək də, zəngimizə cavab verən olmadı.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər