30 Mart 2022 15:47
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynadakı müharibəyə və onun qlobal ərzaq təhlükəsizliyinə təsirlərinə görə yalnız Rusiya məsuliyyət daşıyır”.

Teleqraf.com-un məlumatına görə, bunu ABŞ dövlət katibinin müavini Vendi Şerman BMT Təhlükəsizlik Şurasındakı çıxışında deyib.

O, Ukraynaya qarşı müharibədən sonra Rusiya tərəfindən mühasirəyə alınan Mariupolda mülki əhalinin aclıqdan ölmək riski ilə üzləşdiyini qeyd edib: “İnsanlar içməli su üçün qarı əridirlər. Rusiyanın bombalarından gizlənən bir ana jurnalistlərə deyib ki, 3 qızını gündə yalnız bir qaşıq balla qidalandırıb. Şəhər rəsmiləri insanların aclıqdan ölməyə başladığını deyirlər. Beş həftə əvvəl dünyanı taxılla təmin edən Mariupol sakinləri bu gün prezident Putinin müharibəsi səbəbindən ölürlər”.

Vendi Şerman dünya buğda ixracının 30 faizinin, qarğıdalı ixracının 20 faizinin və günəbaxan yağı ixracatının 75 faizinin Qara dəniz bölgəsindən gəldiyini bildirib: “Putinin müharibəsi qlobal ərzaq təhlükəsizliyini təhdid edir. Rusiya Qara dənizdə məhsul daşıyan ən az 3 mülki gəmini bombaladı. Rusiya donanması Ukrayna limanlarına girişi əngəlləyərək taxıl ixracatını kəsir. Dünya bazarı üçün ərzaq daşıyan təxminən 94 gəminin Aralıq dənizinə çıxmasının qarşısını alır. Qərar yalnız bir şəxsin əlindədir. Vladimir Putin bu müharibəni başlatdı, qlobal ərzaq böhranı yaratdı və bütün bunları yalnız o dayandıra bilər".

Rusiya BMT Təhlükəsizlik Şurasında Ukraynaya qarşı müharibəsi ilə qlobal ərzaq böhranı yaratmaqda ittiham edilib.

Tədbirdə Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord da çıxışında deyib ki, Rusiyanın müharibə iştahı dünya süfrəsinin yeməklərini əlindən alır.

BMT-nin Ümumdünya Ərzaq Proqramının direktoru Devid Bisli bəyan edib ki, dünya Ukraynanın taxıl ixracı ilə çörək səbəti ikən, indi çörək növbəsində gözləməyə düşüb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər