1 Aprel 2022 17:16
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci ilin birinci rübündə Rusiyanın enerji şirkəti “Qazprom”un təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz azalaraq 38,5 milyard kubmetrə düşüb.

Teleqraf.com “Qazprom”a istinadən xəbər verir ki, ilin ilk üç ayında şirkətin təbii qaz hasilatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalıb və 135 milyard kubmetr olub.

Sözügedən dövrdə şirkətin MDB kənar ölkələrə təbii qaz ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz azalaraq 38,5 milyard kubmetrə enib.

Hesabatda şirkətin Çinə ixracının artdığı, Avropadakı yeraltı təbii qaz anbarlarının doluluq nisbətinin isə 26 faiz səviyyəsində olduğu bildirilib.


Müəllif: Yeganə Oqtayqızı