1 Aprel 2022 17:49
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NFC təminatı olan telefonlar vasitəsi ilə Gallus Pay sayğaclarına onlayn ödəniş etmək mümkün olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyasında deyib.

Şöbə rəisi bu ödənişlərin ilkin olaraq “eManat” terminallarında mümkün olacağını qeyd edib: “Heç bir fors-major hal baş verməsə, 10-15 gün ərzində əvvəlcədən ödənişli Zenner tipli sayğacların da onlayn ödənişi mümkün olacaq. Abonent məmnunluğu bizim üçün çox önəmlidir”.

Birliyin 104 Operativ Xidmət şöbəsinin rəisi Xalidə Şimşək əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacların balansını artıran zaman yaranan “yalançı məbləğlərlə” bağlı məsələyə aydınlıq gətirib. Şöbə rəisi sözü gedən yalançı məbləğlərin yaranmasını ödəniş terminalında yükləmə aparılan zaman internet əlaqələrinin ani olaraq kəsilməsi nəticəsində baş verdiyini qeyd edib. Onun sözlərinə görə, bu halda informasiya karta tam köçürülmür. Bu səbəbdən də, kartı sayğaca daxil etdikdə yükləmə zamanı problem yaranır. Şöbə rəisi sözügedən problemin həm terminal, həm də Birlik tərəfindən aradan qaldırılmasının mümkün olduğunu bildirib.

Bundan əlavə, keçirilən görüş Birliyin rəsmi “Facebook” səhifəsində canlı yayımlandığından vətəndaşlara qaz təchizatına dair suallarına cavab tapmaq imkanı da yaradır. Bir daha bildiririk ki, hər bir media və QHT nümayəndəsi hər həftənin cümə günü keçirilən aksiyaya dəvətlidir.


Müəllif: Yeganə Oqtayqızı