5 Aprel 2022 00:12
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tesla” və “SpaceX”ın qurucusu Elon Mask Tvitterin 9,2 faizini alıb.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) açıqlayıb.

Məlumata görə, Mask Tvitterin 9,2 faizini təşkil edən 73,5 milyon dollarlıq səhm alıb.

Tvitterin cümə günü bağlanış qiymətinə əsasən, Maskın səhm payı 2,8 milyard dollardan çoxdur. Bu tərəfdaşlıqdan sonra Tvitterin səhmləri 26,1 faiz artıb.

Qeyd edək ki, Tvitter səhmləri son 1 ildə 38 faiz dəyər itirib.

Elon Mask təxminən 2 həftə əvvəl Tvitter alqoritmini qərəzli olduğu üçün tənqid etmiş və bu platformada sorğu açaraq Tvitterin ifadə azadlığı prinsiplərinə uyğun olub-olmadığını soruşmuşdu.

“Forbes”in məlumatına görə, 287 milyard dollarlıq sərvətlə dünyanın ikinci ən zəngin adamı olan Elon Maskın Tvitterdə 80,1 milyon izləyicisi var.


Müəllif: Yeganə Oqtayqızı