6 Aprel 2022 12:12
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 5-nə olan məlumata görə, 1424 şirkət Ukraynanın daha təhlükəsiz bölgələrinə köçmək üçün müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, daxil olan müraciətlərin 1417-nə baxılıb. Proqramın icrasına başlanandan indiyədək ümumilikdə 178 sahibkarlıq subyekti obyektlərini döyüş bölgələrindən köçürülməsini başa çatdırıb, onlardan 67-si artıq yeni yerlərdə fəaliyyətini bərpa edib.

Bundan əlavə, 465 müəssisə üçün təchiz olunmuş platformalar müəyyən edilib. Qalan müraciətlər üçün İqtisadiyyat Nazirliyinin və yerli hakimiyyət orqanlarının mütəxəssisləri hazırda yaşayış üçün yeni yerlər seçirlər.

Köçürülmə proqramında iştirak edən müəssisələrin əksəriyyəti istehsal və emal sənayesi sahəsində işləyir. Bunlar qida məhsulları istehsalçıları, yüngül sənaye, maşınqayırma müəssisələridir.

Qeyd edək ki, aktiv hərbi əməliyyatlar zonasında olan Ukrayna şirkətləri öz obyektlərinin Ukraynanın qərbinə köçürmək üçün dövlət yardımı ala bilərlər. Bu məqsədlə dövlətin dəstəyi ilə Ukrayna istehsalının köçürülməsi proqramına başlanılıb.


Müəllif: Yeganə Oqtayqızı