7 Aprel 2022 13:24
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın nüfuzlu nəşrlərindən olan “Forbes” 36-cı dəfə dünyanın ən varlı adamlarının siyahısını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, siyahıdan 329 milyarder çıxıb, 236 yeni milyarder gəlib.

Yeni siyahıda ümumilikdə 2668 milyarder var. 2021-ci ildə bu rəqəm 2755 olub. Cari məlumatlara nəzər salsaq, milyarderlərin ümumi sərvəti 12,7 trilyon dollar, ümumi sayı isə 2021-ci ildə 13,1 trilyon dollar olaraq ölçülüb.

Ümumilikdə milyarder titulunu itirən 329 nəfər arasında "Bumble"dan Vhitney Volfe Herd və "Peloton"dan Con Foley də var. Digər tərəfdən siyahıya 236 yeni milyarder qatılıb. Yeni milyarderlər arasında Rihanna, Piter Cekson və Coş Kuşner də var.

735 milyarderlə ABŞ birinci yerdədi. Siyahını daha sonra Çin və Rusiya gəlir. Rusiyanın Ukraynaya hücumu ilə 34 rusiyalı milyarder bu titulunu itirib.

“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask 219 milyard dollarlıq sərvəti ilə milyarder liderliyini qoruyub (ABŞ).

“Amazon” şirkətinin qurucusu Ceff Bezos 171 milyard dollarlıq sərvəti ilə siyahıda ikincidir (ABŞ).

Üçüncü yeri isə 158 milyard dollarlıq sərvəti ilə dünyanın ən böyük lüks mallar şirkəti olan “LVMH Moet Hennessy Louis Vuitton”un prezidenti Bernar Arno tutub (Fransa).


Müəllif: Yeganə Oqtayqızı