7 Aprel 2022 13:42
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri aprelin 11-də keçiriləcək toplantıda sanksiyalara Rusiya neftinə embarqonun daxil olub-olmaması məsələsini müzakirə edəcəklər.

Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell bildirib.

O, qarşıdakı günlərdə Ukraynaya gedəcəyini açıqlayıb: "Ukraynanın ehtiyacı olan şey daha az alqış və daha çox silahdır".

Borrell Aİ-nin son sanksiya paketinin bu gün təsdiqləyəcəyini gözlədiyini deyib.

Qeyd edək ki, Aİ ötən gün Rusiyadan kömür alışına ildə 4 milyard avro idxal qadağası tətbiq edəcəyini açıqlamışdı.


Müəllif: Yeganə Oqtayqızı