7 Aprel 2022 14:18
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Rusiyadan kömür idxalını son 4 həftədə yarıya endirib.

Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın İqtisadiyyat naziri Robert Habek bildirib.

Nazir Aİ-nın ölkədən yanacaq idxalını dayandırmaq qərarına qarşı çıxmayacaqlarını deyib: "Ancaq kömür idxalını tamamilə dayandırmaq böyük problem ola bilər. İşin çətin hissəsini tamamladıq və indi hazırıq. Ona görə də embarqoya qarşı çıxmırıq. Aİ ilə müzakirədən sonra kömür idxalının nə vaxt tamamilə dayanacağına qərar veriləcək”.

Qeyd edək ki, Aİ-nin beşinci sanksiya paketinə Rusiyadan kömür idxalına qadağa da daxildir.

Avropa Komissiyası yeni sanksiyalarla kənd təsərrüfatı məhsulları və enerji istisna olmaqla, ölkədən gələn yük maşınları və gəmilərin Aİ sərhədlərindən keçidini qadağan etməyə hazırlaşır.


Müəllif: Yeganə Oqtayqızı