14 Aprel 2022 12:35
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Rusiyaya qarşı sanksiyaları pozanlara biganə qalmayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Cannet Yellen bəyan edib.

Nazir Çinin Rusiya-Ukrayna müharibəsinə son qoymağa kömək göstərəcyinə ümid etdiyini bildirib: “Vladimir Putin müharibəni bitirənə qədər Co Bayden administrasiyası tərəfdaşları ilə birlikdə Rusiyanı iqtisadi, maliyyə və strateji təcrid vəziyyətinə salmaq üçün çalışacaq. Rusiyanın hücumu xüsusilə enerji, gübrə və qida sahələrinə təsir edəcək. Ukrayna və Rusiyanın ixracatını daraltması qlobal iqtisadiyyata birbaşa təsir göstərəcək”.

Yellen qeyd edib ki, 275 milyondan çox insan ərzaq təhlükəsizliyi ilə üzləşib: “Qlobal iqtisadiyyat üçün son nəticə müharibənin gedişindən asılıdır. Ümidvarıq ki, Rusiya bu lazımsız müharibəni bitirəcək və böhranın qısamüddətli təsirləri nəzarət altına alınacaq”.

Nazir əlavə edib ki, Çin bu yaxınlarda Rusiya ilə xüsusi bir əlaqəsi olduğunu təsdiqlədi: “Çinin bu əlaqələrdə faydalı atacağına və müharibənin sona çatmasına kömək edəcəyinə çox ümid edirəm.

Dünya Çinin daha geniş iqtisadi inteqrasiyanı mənimsəmək istəyir. Çinin Rusiyaya qarşı qətiyyətli addım atmaq çağırışımıza verdiyi reaksiyadan təsirlənə bilər”.


Müəllif: Yeganə Oqtayqızı