14 Aprel 2022 12:25
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 15-də saat 11:00-da “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq.

Bu barədə Teleqraf.com-a “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilir ki, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.


Müəllif: Yeganə Oqtayqızı