“Darvin bankası” yatağındakı 670 nömrəli meydançadan 770 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Teleqraf.com ARDNŞ-nin saytına istinadən məlumat verir ki, “Abşeronneft” NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1540 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil olunacağı nəzərdə tutulur.