Brent markalı neftin iyul fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında 4,76 faiz bahalaşaraq bir barrel üçün 109,96 dollar təşkil edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ticarət platformasının məlumatlarında bildirilib.
Saat 21:10 (Bakı vaxtı) üçün "Brent" markalı qiyməti 4,93 faiz artaraq 110,15 dollar olub.
Sonuncu dəfə aprelin 19-da "Brent" markalı neftin qiyməti 110 dollar səviyyəsində olub.
"WTI" markalı neftin fyuçers qiyməti 5,22% artaraq 107,76 dollar/barelə çatıb.