2022-ci ilin yanvar-mart aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 17,7 milyard manat təşkil edib.
Teleqraf.com xəbər verir ki, bu haqda Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, sənaye məhsulunun 84,8 faizi mədənçıxarma, 12,9 faizi emal, 1,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 90,3 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 92,6 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7,4 faiz təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 aprel 2022-ci il tarixinə 519,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 80,4 milyon manat məbləğində digər məhsullar da mövcud olub.