27 Noyabr 2014 10:35
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünya bazarında qızıl son 4 ildə ən aşağı qiymətə təklif edilir. Son 1 ildə 4 faiz dəyər itirən sözügedən qiymətli metalın ötən 6 ayda 8 faizə yaxın ucuzlaşıb. Qramı 38, unsiyası 1200 dollara təklif edilən qızıl 5 il öncəki qiymətinədək geriləyib".

Teleqraf.com xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, 2008-ci ildə müşahidə edilən qlobal maliyyə böhranından sonra qiymətində artım qeydə alınan qızılın 2013-cü ildən başlayaraq ciddi dəyər itirəcəyi öncədən proqnozlaşdırılırdı: "Böhran qızıla olan tələbatı artırsa da sonrakı mərhələ bu qiymətli metala olan tələbin azalması iqtisadi qanunlara uyğundur. Belə ki, 2008 və 2009-cu illərdə böhranın nəticələrini və eləcə də müddətini proqnozlaşdırmaqda çətilik çəkən investorlar o zaman öz pullarını qızılda saxlamağa üstünlük verdilər. Qızılın qiymətinin ucuzlaşmasına təsir edən digər amil isə bu qiymətli metala zinət əşyası kimi marağın azalmasıdır. Hazırda isə dünya bazarında inflyasiya minimuma enib, səhmlərin qiymətləri isə artmağa başlayıb və dollar güclənir. Bütün bunlar isə qızılın investisiya baxımından cəlbediciliyini azaldır. Eyni zamanda, 2008 və 2009-cu illərd ehtiyatlarının bir qismini qızal çevirən bir sıra ölkələr o cümlədən Çin və Hindistanda qızıl külçələr və sikkələr 2013-cü ildən başlayaraq bazara çıxarıblar ki, bu da qızıl təklifinin artmasına səbəb olub. Digər tərəfdən, qızıl bazarında spekulyatıv oyunlar da kifayət qədər yüksəkdir və vu da qiymətlərin dəyişməsini şərtləndirir.
Azalma tendensiyası 2014-cü ilin son aylarında da davam edəcək. Bir sıra inkişaf etmiş ölkələrdə xüsusən də ABŞ-da real sektorda gəlirlik normasının yüksəlməsi, investorların öz vəsaitlərini qızıl bazarından çəkməsinə səbəb olub. Qızıl bazarında investor aktivliyinin azalması qiymətli əşyanın dəyərinin aşağı düşməsinə səbəb olub".

Ekspertə görə, Azərbaycanda da son bir ildə qızılın qiymətinin 5 faiz aşağı düşməsinə dünya bazarındakı dəyişikliklər ilə yanaşı qızılın yığım vasitəsi kimi praktik olaraq istifadə olunmamasıdır: "Əvvəllər vəsaitin yığım vasitəsi kimi qızıla cəlb edilməsi rentabelli idisə, indi rentabelli deyil. Çünki qızılın alış və satış qiymətləri arasında kəskin fərq var. Bundan başqa, dünyada və Azərbaycanda qızıla dəb olaraq maraq azalıb. Əvvəllər qadınlar bahalı və ağır qızıllardan istifadə edirdisə, bu gün az çəkili qızıldan istifadə halları artıb. Bazardakı durğunluq bu ilin sonunadək davam edəcək. Başqa tərəfdən, Məhərrəm ayının başlaması ilə bağlı olaraq Azərbaycanda toy və şənlik mövsümünə ara verilib. Bütövlükdə, yaxın zamanlarda daxili bazarda qızılın qiymətində bahalaşma proqnozlaşdırılmır".

Ayxan


Müəllif:

Oxşar xəbərlər